Onlayn ictimai-siyasi qəzet
Yaponiya Liberal Demokrat Partiyasının (LDP) rəhbəri Şiqeru İşiba baş nazir seçilib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hökumət başçısı ilə bağlı məsələ parlamentin aşağı palatasında səsvermənin ikinci turunda həll edilib, İşiba deputatların yarıdan çoxunun səsini qazanıb.
O, səsvermədə 221 deputatın dəstəyini, ana müxalifətdəki Konstitusiya Demokratik Partiyasının sədri Yoşihiko Noda isə 160 deputatın səsini qazanıb.
İşiba gün ərzində hökumət kabinetini formalaşdıracaq. Oktyabrın 27-də keçirilən seçkilərdə yenidən parlamentə seçilə bilməyən nazirlər (ədliyyə, kənd təsərrüfatı, ictimai torpaqlar və nəqliyyat nazirləri) istisna olmaqla, onun tərkibinin faktiki olaraq dəyişməz qalacağı gözlənilir.
Musavat.com
13 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ