İnsanlara hürriyət, millətlərə istiqlal!

İş görüşməsinə gedən gənci BU HALA saldılar - FOTOLAR

Türkiyənin Malatya vilayətində iş müsahibəsinə gedən gənc oğlan ticarət mərkəzinin dayanacağında beş nəfərdən ibarət qrupun hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, bıçaq və çubuqlarla döyülən gənc ağır yaralansa da, sağ qalmağı bacarıb.

Hadisə iki gün əvvəl, saat 22:30 radələrində şəhər mərkəzində yerləşən bir ticarət mərkəzinin dayanacağında baş verib. Məlumata görə, Arif adlı gənc iş müsahibəsi üçün görüş yerinə gedərkən, orada beş nəfərlik bir qrup tərəfindən qəfil hücuma məruz qalıb.

Əldə olunan məlumata əsasən, gənc hücum zamanı bıçaq və çubuqlarla döyülüb, bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb. Hücum edənlər hadisə yerindən qaçıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb və ilk tibbi yardımdan sonra evə buraxılıb.

Hadisə ilə bağlı danışan Arif Ərdoğan bildirib:

“İnsan həyatı bu qədər ucuz olmamalıdır. Hadisə yerində həyatımı itirə bilərdim”, – deyə o, yaşadığı dəhşətli anları izah edib.

Hadisə ilə bağlı yalnız bir nəfər saxlanılıb – sonra sərbəst buraxılıb.

Arif Ərdoğanın sözlərinə görə, şikayətdən sonra hücum edən şəxslərdən yalnız biri saxlanılıb, lakin o da prokurorluğun qərarı ilə sərbəst buraxılıb. Gənc hücumda iştirak edən bütün şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir.

Musavat.com

İş görüşmesi için gitti, ölümden döndü! "Olay yerinde hayatımı kaybedebilirdim" 4

İş görüşmesi için gitti, ölümden döndü! "Olay yerinde hayatımı kaybedebilirdim" 3

İş görüşmesi için gitti, ölümden döndü! "Olay yerinde hayatımı kaybedebilirdim" 2

İş görüşmesi için gitti, ölümden döndü! "Olay yerinde hayatımı kaybedebilirdim" 1

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR