İnsanlara hürriyət, millətlərə istiqlal!

İş adamının müğənni oğlu evləndi - Toydan görüntülər


Ötən gün müğənni Orxan Babazadənin toyu olub.

BAKU.WS xəbər verir ki, sənətçi subayılığın daşını ataraq sevib-seçdiyi xanımla ailə həyatı qurub. Cütlüyün şad günü paytaxtın dəbdəbəli məkanlarından birində baş tutub.

Orxanın toyunda ailə üzvləri ilə yanaşı, sənət aləmindən olan həmkarları da iştirak ediblər. Onlar arasında müğənni Manaf Ağayev, Əməkdar artistlər Elnarə Abdullayeva, Elton Hüseynəliyev, Nüşabə Ələsgərli, rəqqasə Fatimə Fətəliyeva, aparıcı Zümrüd Bədəlova, aktyor İlkin Həsəni və digərləri olub.

Rəngarəng görüntülərlə yadda qalan gecədə şou əhli həm oxuyub, həm də rəqs edib. 
 
Xatırladaq ki, bir müddət əvvəl mətbuatda sənətçinin evləndiyi ilə bağlı xəbərlər yayılmışdı. Bu haqda BAKU.WS-ə açıqlama verən müğənni məlumatları təkzib edərək toyunun qarşıdakı günlərdə baş tutacağını bildirmişdi. 
 
Orxan Babazadənin atası şou əhlinin də yaxından tanıdığı Baba adlı tanınmış iş adamıdır.
 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR