Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Voronej vilayətində silahlılar iş adamının evinə soxulub quldurluq ediblər.
Hadisə fevralın 14-də Xoxol kəndində baş verib.
Evə gələn və ərinin radiatora bağlandığını görən zərərçəkənin arvadı polisə ifadə yazıb.
“Zərərçəkmiş bildirib ki, səhər saatlarında iki naməlum şəxs köynək geyinərək onun evinə tapança ilə girib ondan pul tələb ediblər”, - mənbə bildirib.
Cinayətkarlar 11 milyon rubl (təxminən 204 min 600 manat), 43 min avro (təxminən 78 min 414 manat) və 1,5 kiloqram ağırlığında müxtəlif zinət əşyaları oğurlayıblar. Bundan başqa, naməlum şəxslər iş adamından tapançanı götürərək zərərçəkənin maşını ilə hadisə yerindən qaçıblar.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb./Lent.az
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ