İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın keçmiş meri Beqlaryan külli miqdarda mənimsəmədə ittiham olunur

 

Ermənistanın paytaxtı İrəvan şəhərinin keçmiş meri Qagik Beqlaryan korrupsiya cinayətində ittiham olunur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı yerli Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi bütün sənədləri hazırlayaraq baş prokurorluğa göndərib. Qurumdan yayılan məlumatda 2002-2010-cu illər ərzində İrəvanın Kentron rayon icmasının rəhbəri, daha sonra isə İrəvanın merinin qulluq mövqeyindən istifadə edərək xidmətin mənafeyinə zidd olaraq, xüsusilə külli miqdarda daşınmaz əmlakı mənimsədiyi bildirilir.

Söhbət 24 obyektdən - İrəvandakı 21 obyektdən (mənzillər və digər daşınmaz əmlak), habelə Eçmiədzində torpaq sahəsindən gedir. İstintaq Qagik Beqlaryanın bir sıra məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçalarına) ayrılmış bina və tikililəri mənimsədiyi, nəticədə bir sıra məktəbəqədər təhsil müəssisəsinin fəaliyyətinə xitam verildiyini qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR