İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın Bakıya SƏRSƏM şərti – Silah gəldikcə danışıq tərzi dəyişir

Azərbaycan Ermənistanı rəsmən COP 29 iqlim sammitinə dəvət edib. COP29-un prezidenti Muxtar Babayev bu məqsədlə Ermənistanın xarici işlər naziri Ararat Mirzəyana məktub göndərib. Prezidentin köməkçisi Hikmət Hacıyev isə iki ölkə arasında diplomatik münasibətlərin olmadığı şəraitdə bu jesti “Bakının xoşməramlı və inklüziv yanaşmasının nümunəsi” adlandırıb.

Haqlıdır. Əslində isə biz İrəvana növbəti dəfə barışıq əli uzatmışıq. Amma görün bu təmənnasız iltifatımıza Nikol Paşinyan komandasından, erməni mediası və “ekspert” çevrələrindən hansı sarsaq reaksiyalar verilir. Erməni erməni olmazdı ki, Azərbaycanın istənilən xoşniyyətli təklif və ya çağırışına öz xəstə xislətinə uyğun don geydirib əleyhimizə çevirmək istəməsin. Xain xoflu olar axı. Yaxşılığa yamanlıq bunların iliyində, qanında. Köhnə vərdişləri...

Qayıdaq rəsmi dəvət məsələsinə.

Ermənistan parlamentin müdafiə komitəsinin sədri Andranik Köçəryan bu xüsusda deyib ki, Mirzəyanın COP 29 konfransında iştirakı üçün “Bakı sülh hədəfinin onun məqsədlərinin üstündə olduğunu sübut etməlidir”. “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində o, dəvəti “normal” adlandırıb, lakin ardınca bildirib ki, Ermənistan nümayəndəsinin tədbirə qatılması üçün rəsmi Bakı öz ritorikasını dəyişməlidir. “Bakı da sülh üçün çalışmalıdır, necə ki, biz çalışırıq”, - Köçəryan sərsəmləyib.

Bakı ritorikasını niyə dəyişməlidir? Bizim sülh ritorikamıza nə olub ki? Ən absurdu: sürətlə silahlanan Ermənistan doğrudanmı sülh üçün çalışır? Nəsə heç oxşamır.

Başqa yandan, Bakının Ermənistanın öz konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmaq, oradan Azərbaycana ərazi iddiaları ilə bağlı bəndləri çıxarmaq tələbi məgər anti-sülh ritorikasıdır? Yəni Bakı o vaxt sülhpərvər sayılacaq ki, bu haqlı tələbindən imtina etsin, eləmi?

Yaxud Azərbaycanda saxlanılan separatçı quldur-terrorçuları qeyd-şərtsiz Ermənistana qaytarmalıyıq ki, haylara sülhpərvər kimi görünək? Ya bəlkə 26 illik “fəaliyyəti” dövründə sülh quruculuğundan başqa bütün şər işlərlə məşğul olmuş, 4 ildir faktiki mövcud olmayan üzdəniraq Minsk Qrupunun rəsmən ləğvi tələbi radikallıq sayılır?

Xeyir ola, Ermənistan niyə hələ də bu “ölü qurum”dan bərk yapışıb? Olmaya Ukrayna müharibəsindən sonra keçmiş həmsədr Rusiyanın ABŞ və Fransa il barışığına və MQ-nin hansısa formada “zühuru”na ümid edir? Qısası, radikallıq edən kim, hansı tərəf, məlum deyil ki?..

Görünən budur ki, Fransa başda olmaqla bəzi dövlətlər kapitulyant ölkəni silahla doldurduqca ermənilərin ayağı təzədən yer almağa başlayıb. Yoxsa özünü az qala, işğal dönəmindəki kimi hiss edən İrəvanın Bakıya axmaq şərtləri artmazdı.

Ermənistan beləcə, real, ədalətli sülh müqaviləsindən hər gün bir az da uzaqlaşır. Ənənəvi erməni mahiyyəti, bu toplumun bütün zay keyfiyyətləri, o sırada riyakarlığı və saxtakarlığı bir daha, çılpaqlığı ilə ortaya çıxmaqdadır.

Eyni zamanda, Ermənistanda Azərbaycan və Türkiyə ilə həqiqi sülh tərəfdarı olanların faktiki yoxluğu üzə çıxır. Diqqət edin, heç eşitmişinizmi ki, Nikol Paşinyan konstitusiyadan ərazi iddiası ilə bağlı bəndlərin çıxarılmasının vacibliyini öz xalqına açıq bildirsin? Soydaşlarına bunsuz qonşularla daimi sülhün mümkün olmayacağını yorulmadan izah eləsin? Olmayıb.

Bu, hələ guya ermənilərin ən ağıllısı, ən normalı, ən mötədil rəhbəridir. Gerçəkdə isə sadəcə, gizli revanşistin biridir. Rusiyalı politoloq Tatyana Poloskova da haqlıdır deyəndə ki, “Paşinyan özünü revanşist saymasa da, revanşist kimi aparır”. Doğrudan da, əks halda N.Paşinyan Qərbin dəstəyi ilə ölkəsini silahlandırmağı qonşularla sülh anlaşmasından üstün tutmazdı.

Özləri bilər. Amma xəbərləri yoxdur ki, Ermənistan üçün fürsətlər pəncərəsi bir-bir bağlanmaqdadır. Bağlandıqca isə müalicəvi “dəmir qapaz”lar yaxınlaşır...

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR