İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda toqquşmalar davam edir: Polis bıçaqlandı - VİDEO

Ermənistan hökumətinin binası qarşısında vəziyyət son dərəcə gərgindir.

Musavat.com erməni mediasına istinadən bildirir ki, polis xüsusi vasitələrdən istifadə edir, vəziyyət gərgindir.

Yayılan videokadrlardan polis qüvvələrinin səs-küylü qumbaralardan istifadə etdiyi və ardıcıl şəkildə partlayış səslərinin eşidildiyi aydın olur.
Yerli media bildirir ki, hökumət binası yaxınlığında toplaşanlar Nikol Paşinyanın istefasını tələb edirlər. Binaya çoxlu sayda polis qüvvələri cəlb edilib. Qalxanlarla silahlanmış polis hökumətin girişində kordon yaradıb.

Yayılan kadrlardan birində güman ki, bıçaqlanmış polisi həmkarları qucaqlarına alıb, qəzəbli etirazçıların yanından uzaqlaşdırdığı görünür.

 

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR