İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda ticarət mərkəsinin sahibi güllələndi

Ermənistanda yenə də silahlar işə düşüb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Fevralın 10-da İrəvanın mərkəzində, "Platinum" ticarət mərkəzinin qarşısında atəş açılıb və bir nəfər xəsarət alıb. Polis hadisə yerində 8 ədəd giliz tapıb.

Bildirilir ki, 38 yaşlı ticarət mərkəzinin direktoru Robert M. güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı adam öldürməyə cəhd və qanunsuz silah saxlama maddələri ilə cinayət işi açılıb. Hələlik cinayəti törədən şəxs və motiv bəlli deyil.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR