İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda patrul əməkdaşı BIÇAQLANDI

İrəvanda patrul əməkdaşı bıçaqla yaralanıb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, hadisə bir neçə gün öncə baş versə də, məlumat bu gün yayılıb.

Bildirilir ki, Ermənistan Respublikası Daxili İşlər Nazirliyi Polisinin Patrul Xidmətinin İrəvan alayının 4-cü batalyonunun patrul xidmətçiləri Qadjeqortsneri küçəsində sürücüsünün nizamsız idarə etdiyi “Nissan” markalı avtomobili görüblər.

Patrul maşını saxlayıb və məlum olub ki, sürücünün onu idarə etmək hüququ yoxdur. Daha sonra maşını xüsusi mühafizə olunan əraziyə aparmaq istəyiblər. Bu zaman bir qrup şəxs polisə qarşı nalayiq hərəkətlər edib, adıçəkilən şəxslərdən biri isə patrul əməkdaşını kəsici-deşici əşyalarla vurub.

Patrul işçisi döş qəfəsinin sağ yarısının səthində kəsilmiş-deşilmiş bıçaq yarası ilə tibbi yardım almaq üçün 1 saylı Tibb Mərkəzinə gedib. Cinayəti törədən Edvard E. saxlanılıb. Faktla bağlı Erebuni polis şöbəsində sənədlər tərtib edilib, onlar Ermənistan Respublikası İstintaq Komitəsinin İrəvan İstintaq İdarəsinin Erebuni və Nubaraşen inzibati rayonlarının istintaq şöbəsinə verilib, orada cinayət işi başlanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR