Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Ermənistanda ölən hərbçilərin yaxınları ölkənin Baş naziri Nikol Paşinyanın “Yerablur” hərbi panteonuna səfərinə etiraz etmək üçün əraziyə toplaşıblar. Polis hərbçilərin yaxınlarına güc tətbiq etməyə başlayıb və 40-a yaxın şəxs saxlanılıb.
“Qafqazinfo”nun erməni mediasına istinadən məlumatına görə, hərbçilərin qohumları hərbi məzarlıqda polisin onlarla rəftarına etiraz əlaməti olaraq ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının panteona gətirdiyi əklilləri aşırıblar.
Mediada yayılan görüntülərdən həmin şəxslərin əklillərin üzərindən Ermənistan bayrağını sökdüyünü də görmək mümkündür.
12 Noyabr 2024
11 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ