İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda partlayışda ölənlərin sayı 10-a çatıb, “itkin” iranlılar Gürcüstanda tapılıblar

Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzinin dağıntıları altından daha bir meyit çıxarılıb.

“Report” yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan bildirib.

"Xilasedicilər yenicə dağıntılar altından daha bir meyit çıxardılar. Hazırda 8 meyit var. Axtarış və xilasetmə işləri davam edir", - o deyib.

Xatırladaq ki, avqustun 8-də “Surmalu” Ticarət Mərkəzində partlayış nəticəsində 8 nəfər ölüb, itkin düşüb. Axtarışda 350 xilasedici iştirak edir və təxminən 150 könüllü də onlara kömək edir. Zərərçəkənlərin ümumi sayı 61 nəfərdir. Yaralılardan 13-nün müalicəsi müxtəlif xəstəxanalarda davam etdirilir, onların sağlamlıq vəziyyəti qənaətbəxş qiymətləndirilir.

***

Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində avqustun 14-də baş verən partlayış zamanı ölənlərin sayı 10 nəfərə çatıb.

“Report” xəbər verir ki, Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, gecə yarısına qədər xilasedicilər dağıntılar altından daha iki meyiti çıxara biliblər. Axtarış-xilasetmə işləri bütün gecə davam etdiriləcək.

Partlayış zamanı itkin düşdüyü iddia edilən 6 iranlıdan 5-nin Gürcüstanda olduğu üzə çıxıb.

“Bir müddət əvvəl İran İslam Respublikası səfirliyinin nümayəndəsi mənə dedi ki, itkin düşdüyü iddia edilən 6 İran vətəndaşından 5-i Gürcüstandadır”, - bu barədə isə Fövqəladə Hallar Nazirliyinin (FHN) sözçüsü Ayk Kostanyan bildirib.

“Hazırda itkin düşən vətəndaşların sayı 18 nəfərdir”, - FHN rəsmisi əlavə edib.

Xatırladaq ki, axtarışlarlarda 350 xilasedici iştirak edir, 150-yə yaxın könüllü də onlara kömək edir.

Zərərçəkənlərin ümumi sayı 61 nəfərdir. Yaralılardan 13-ü müalicəsini müxtəlif xəstəxanalarda davam etdirir, onların vəziyyəti qənaətbəxş qiymətləndirilir. Xəstəxanaya yerləşdirilən digər xəstələr isə vəziyyətlərinin müsbət dinamikası ilə evə buraxılıblar.

Dağıntılar altından həmçini 21 avtomobil çıxarılıb.

Daxili İşlər Nazirliyi guya ticarət mərkəzində baş verən partlayışda 23 nəfərin itkin düşdüyünü bildirib. Qeyd edilib ki, onların arasında Rusiyanın 1, İranın 6 vətəndaşı var.

Fövqəladə Hallar Nazirliyi isə ticarət mərkəzində partlayış nəticəsində itkin düşənlərin adlarını açıqlayıb. Nazirliyin iddiasına görə, hadisə zamanı ermənilərlə yanaşı, partlayışda Rusiyanın 1, İranın 6 vətəndaşı itkin düşüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR