Onlayn ictimai-siyasi qəzet
İrəvanda 18 saylı marşrut xətti üzrə avtobus atəşə tutulub.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.
Məlumata görə, avtobusun arxa şüşəsi zədələnib, itki yoxdur. Polisin media ilə əlaqələr şöbəsinin rəhbəri Zarzand Qabrielyan deyib ki, bu gün saat 12:00 radələrində Maştots polis şöbəsinə Arzumanyan küçəsində 18 saylı avtobusa pnevmatik silahdan atəş açıldığı barədə məlumat daxil olub.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ