İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvana laboratoriyaların yaradılması üçün 22,6 milyon avro veriləcək

Dünya Bankı Ermənistana məktəblərdə və universitetlərdə yeni laboratoriyaların yaradılması üçün 22,6 milyon avro kredit verəcək.

Parlamentdə kredit sazişi layihəsini təqdim edən təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Artur Martirosyan deyib ki, kredit Dünya Bankının 2015-ci ildən həyata keçirilən Təhsilin təkmilləşdirilməsi proqramının davamı olacaq.

Proqramın yeni mərhələsində 200 məktəb elm və mühəndislik laboratoriyaları təchiz olunacaq. Bundan əlavə, laboratoriya avadanlıqlarının alınması üçün 5 ali məktəbə 18 qrant ayrılacaq.
Kredit güzəştli şərtlərlə verilib, onun qaytarılması 14 ildən sonra başlayacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR