İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan YENİDƏN QARIŞIDI: bu dəfə Koçaryanın oğlu...

Səhər saatlarında erməni müxalifət fəallarından ibarət qruplar baş nazir Nikol Paşinyanın istefasını tələb edərək yenidən İrəvanın mərkəzi küçələrini bağlamağa başlayıb.

Musavat.com Publika.az-a istinadla xəbər verir ki, etiraz aksiyaları yerli portallar tərəfindən real vaxt rejimində yayımlanır.

Bu dəqiqələrdə prospektlərdən biri artıq bağlanıb, böyük tıxac yaranıb. Fəallar hökumət əleyhinə şüarlar səsləndirirlər.

Aksiyada Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da iştirak edir.

Hazırda polis böyük qüvvələr toplayıb və yolda hərəkətin bərpa olunmasını tələb edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR