İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan və Bakı sülh sazişinin şərtlərini razılaşdırıb

İrəvan və Bakı Vaşinqtonda keçirilən 4 günlük danışıqlarda mümkün sülh sazişinin bəzi şərtlərini razılaşdırıb.

Musavat.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel bildirib.

Vedant Patel müzakirələri konstruktiv adlandırıb və bildirib ki, əlavə xoşməramlılıq, çeviklik və kompromis nümayiş etdirməklə tərəflər razılığa gələ bilərlər.

Qeyd edək ki, Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzəyan arasında 4 gün davam edən danışıqlar baş tutub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR