İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Putinin acığına Avropa İttifaqına daha bərk sarılır

Ermənistan Qərblə mövqeyini uzlaşdırır və Rusiyanı arxa plana keçirir; Aİ missiyasının yardım qrupu adı ilə bölgədə varlığının uzadılması da buna xidmət edir

Ermənistan Cənubi Qafqazda Rusiyaya qarşı olduğunu, özünə yeni himayədar qismində Kremlin əvəzinə Qərbi seçdiyini getdikcə daha əyani surətdə, konkret əməlləri ilə təsdiqləyir. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, Rusiyanın istəyinin əksinə olaraq, Ermənistanın Azərbaycanla sərhəd zonasında Avropa İttifaqı Monitorinq Qrupunun mandatını uzun müddətə uzatması qeyd edilənlərin təsdiqi hesab oluna bilər. Avropa İttifaqı Şurasının mətbuat xidməti artıq faktı təsdiq edib. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel də deyib ki, Aİ Cənubi Qafqazda iştirakının yeni mərhələsinə keçid qrupu ilə başlayır. Bu da Aİ-nin Ermənistanda mümkün uzunmüddətli missiyasına zəmin yaradacaq.

Məlumata görə, Ermənistan hakimiyyəti ilə razılaşaraq qərara gəlinib ki, Aİ-nin Gürcüstandakı Monitorinq Missiyası qurumun təhlükəsizlik vəziyyəti barədə məlumatlılığını artırmaq və ölkədə mümkün mülki Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti missiyasının planlaşdırılması və hazırlanmasına töhfə vermək üçün Ermənistana müvəqqəti planlaşdırma yardım qrupu göndərsin: “Keçid planlaşdırılma yardım qrupunun, həmçinin Ermənistan və Azərbaycan arasında Aİ-nin dəstəyi ilə normallaşma prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə dəstək verməsi gözlənilir”.

Xatırladaq ki, hələ oktyabr ayında Avropa İttifaqı mülki missiyası müşahidə aparmaq üçün regiona öz qrupunu göndərəndə Rusiya bunu çox sərt qarşılamışdı. O vaxt Moskva Brüsseli, nəyin bahasına olursa-olsun, Azərbaycan-Ermənistan tənzimləməsinə “soxulmaq cəhdində” ittiham edirdi. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova qeyd edirdi ki, Rusiya regionda davamlı sülh və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə açarını Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsində görür. Beləliklə, bu açıqlamadan görünür ki, Rusiya Avropa İttifaqına üzv ölkələrin nümayəndələrinin mülki missiya üçün Ermənistana gəlişindən narazıdır.

İndi bundan sonra Avropa İttifaqına üzv ölkələrin nümayəndələrinin mülki missiyasının daha uzun müddətə Ermənistan vasitəsilə regiona gəlişi Rusiyada daha ciddi qıcıq yaradacaq. Hesab edilir ki, bu hal hətta Laçın yolunda baş verən aksiyaya da öz təsirini göstərəcək. Belə ki, Rusiya bu prosesdə Azərbaycanın mövqeyini dəstəkləyəcək. Bunu erməni politoloq Argişti Kiviryan da təsdiq edir. O bildirir ki, Azərbaycanın tələblərinin icrasına Rusiya daha müqavimət göstərməyəcək. Çünki Ermənistan daha çox Qərblə mövqeyini uzlaşdırır və Rusiyanı arxa plana atır. Yada salaq ki, oktyabrın 17-də Aİ xarici işlər nazirləri Lüksemburqda keçirilən görüşdə Azərbaycanla sərhəddə Ermənistana 40 müşahidəçinin göndərilməsini rəsmən təsdiqləmişdilər. Bu qərar sentyabrın ortalarında regionda baş verən genişmiqyaslı eskalasiyadan sonra qəbul edilmişdi. Avropalı müşahidəçilər Ermənistanda oktyabrın 20-də fəaliyyətə başlamışdılar və dekabrın 20-də bu müddət bitib. Avropa İttifaqının hansı hesabat hazırladığı haqda hələ ki rəsmi bilgi yoxdur. Amma Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan hələ missiya vəzifəsini başa çatdırmamış özünün Twitter mikrobloqunda bəyan etmişdi ki, Aİ monitorinq missiyası Azərbaycanın guya “Ermənistanın suveren ərazisinə gündəlik hücumlarını” sənədləşdirib.

Dövlət şəhid və qazi ailələri üçün heç nəyi əsirgəməməlidir” – Arzuxan  Əlizadə – Yenicag.Az

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Paşinyan hakimiyyətə gəldiyi dövrdən bəri ikibaşlı siyasət yürüdür. Partiya sədri hesab edir ki, Ermənistan lideri gah onu hakimiyyətə gətirən Qərblə yaxınlaşır, gah da bölgədə əsas ciddi qüvvə olan Rusiya ilə hesablaşdığını nümayiş etdirir, Kremlin xoşuna gələcək hansısa çıxışlar edir. A.Əlizadənin fikrincə, bununla belə, Ermənistan həmişə Rusiyanın vassalı olub, Gümrüdə 102-ci rus hərbi bazası var, Erebunidə aviabaza mövcuddur, ermənilərin dəmiryol xətləri rus şirkətlərinin mülkiyyətidir: “Bu baxımdan həmişə demişik ki, Rusiyanın Ermənistana təsir gücü Avropadan daha çoxdur. Lakin indi Ermənistan Avropanın qoynuna can atır, Ukraynada gedən müharibənin də bir fürsət olduğunu düşünür. Amma Paşinyan son davranışlarının bədəlini ödəyə bilər. Əslində Avropa İttifaqının missiya qrupuna demək lazımdır ki, əgər sərhədlər müəyyən olunmayıbsa, siz nəyin monitorinqini aparırsınız?”. 

AMİP sədrinin sözlərinə görə, Aİ missiyasının sərhəddə fəaliyyəti, sadəcə, Qərb dairələrini bölgəyə gətirmək cəhdindən başqa bir addım deyil: “Bu da sözsüz ki, Kremlin xoşuna gəlmir. Rusiya buna seyrçi qalmayacaq və biz yaranmış belə vəziyyətdən istifadə etməyi bacarmalıyıq.  Xüsusən Avropa İttifaqı uzunmüddətli sərhədə yerləşirsə, Rusiya bunu acıqla qarşılayacaqsa, o halda Laçın yoluna nəzarəti gücləndirmək üçün addımlarımızı sürətləndirməliyik”.

Partiya sədri prezidentin çağırışına qoşuldu -Fuad Əliyev qeydiyyatdan keçdi

Fuad Əliyev

ALDP sədri Fuad Əliyev isə bildirir ki, Avropa İttifaqı Ermənistana təsirini artırır: “Eynilə Ermənistan sərhədinə göndərilən yardım qrupunun ömrünün uzadılması da aparılan kompleks siyasətin tərkib hissəsidir. Bu mənada Qərblə Rusiyanın regionda mübarizəsinin getdiyini görməkdəyik. Ancaq Paşinyan yaxşı bilir ki, Rusiyasız Ermənistan heçdir. Ona görə hər çıxışında sülh müqaviləsinin Rusiya variantını imzalamağa hazır olduğunu bildirir, KTMT-dən çıxmağa cürət etmir, sülhməramlıların Qarabağda 15-20 il qalması üçün sənədə imza atmaq istədiyini qeyd edir. Odur ki, Ermənistan Qərbə sığınmaq istəsə də Rusiyanın orbitindən tam qopmaq gücü olmayacaq. Bunu heç Gürcüstan bacarmadı. Rusiyanın isə İrəvana daha çox təzyiq etmək imkanları mövcuddur”.

Qeyd edək ki, sərhəd missiyasının Ermənistana göndərilməsi ilə bağlı qərar Çexiyanın paytaxtı Praqada Azərbaycan, Fransa, Avropa İttifaqı Şurası və Ermənistan liderlərinin oktyabrın 6-da keçirilən görüşü zamanı qəbul olunub. Missiya isə Ermənistana oktyabrın 19-da gəlib. Avropalı müşahidəçilər Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca vəziyyətin monitorinqi, təhlili və hesabatlılığı məqsədilə yerləşdirilmişdi. Amma hadisələrin gedişi göstərirdi ki, hədəflər daha böyükdür və başqa gizli məqsədlər var. Rəsmi Bakı Aİ missiyasının hansı məqsədlə regiona göndərildiyini əvvəlcədən proqnozlaşdırdığı üçün onların Azərbaycan ərazisində yerləşməsinə razılıq verməmişdi. Bakı anlayırdı ki, Fransanın nəzarət etdiyi Aİ missiyası regionda sabitliyin yaranması üçün heç bir iş görməyəcək. Əksinə, Parisin siyasi və hərbi hədəflərinə xidmət edəcək.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR