Onlayn ictimai-siyasi qəzet
"İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır".
Musavat.com xəbər verir ki, bunu Ermənistan Respublikasının Milli Məclisinin sədri Alen Simonyan deyib.
O, Əliyevlə Paşinyan arasında keçiriləcək görüşdə sülh sazişinin imzalanmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bildirib ki, İrəvan “bu məsələdə irəliyə doğru addım atılmasını” çox istərdi.
"Biz bu tarixi şansdan istifadə etmək istəyirik. Əbədi müharibə heç kimə lazım deyil. Biz buna hazırıq", - Alen Simonyan İctimai Televiziyada deyib.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ