İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Ukrayna müharibəsini dayandırmaq planları bu konfransda açıqlanacaq  

ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keth Kelloq Münhen Təhlükəsizlik Konfransında Donald Trampın Ukraynadakı müharibəni bitirmək planlarından danışacağını açıqlayıb.

"ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi kimi Münhen Konfransında iştirak edəcəyimi elan etməkdən məmnunam. Donald Trampın Ukraynadakı qanlı və bahalı müharibəyə son qoymaq istəyindən danışmaq fürsətini səbirsizliklə gözləyirəm. Mən Amerika müttəfiqləri ilə görüşəcək və onlarla əməkdaşlığa hazır olduğumuzu bildirəcəyəm”, – Kelloq sosial şəbəkə X-də yazıb.

Musavat.com bildirir ki, Münhen Təhlükəsizlik Konfransı 14-16 fevral tarixlərində baş tutacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR