Onlayn ictimai-siyasi qəzet
"Nikol Paşinyan Vaşinqtonda manipulyasiyalara əl ataraq Ermənistanın milli maraqlarını yenidən dəyərləndirmək bəhanəsi ilə öz məğlubiyyətçi yanaşmasını doğrultmağa çalışdı".
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan özünün feysbuk səhifəsində yazıb.
"Onun ritorikası praqmatik görünə bilər, lakin bunun altında uzunmüddətli perspektivdə Ermənistanın təhlükəsizliyinə təhdid yaradan narahatedici bir tarixi revizionizm meyli gizlənir. Milli maraqlar tarixi həqiqətlərin təhrif edilməsi hesabına qurula bilməz", - deyə revanşist siyasətçi qeyd edib.
"Paşinyan başa düşə bilmir ki, diplomatiya ikitərəfli yoldur. Onun Azərbaycana qarşı güzəşt siyasəti nə qiymətləndirilir, nə də effektlidir. Bu siyasət Bakının Ermənistana qarşı mövqeyini dəyişdirməyəcək. Ermənistanın mövcudluğu və suverenliyi tarixin yenidən yazılmasından deyil, ondan düzgün nəticələr çıxarmaqdan asılıdır", - deyə Oskanyan bildirib.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ