Onlayn ictimai-siyasi qəzet
İrəvan meriyasında saxlanılanlar arasında polis də olub.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, həmin şəxs İrəvan meriyasının ictimai asayişin mühafizəsi xidmətinin rəisi Aram Gülzadyandır.
O, əvvəllər hüquq-mühafizə orqanlarında yüksək vəzifələr tutub.
2015-ci ildən etibarən Gülzadyan Ermənistan Polisinin “səs-küylü cinayətlər” və “kriminal avtoritetlər”lə mübarizə şöbəsinin rəisi vəzifəsində çalışıb.
Xatırladaq ki, bu gün Ermənistanın Antikorrupsiya Komitəsi yerli bələdiyyə orqanında həbslər həyata keçirib.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ