İnsanlara hürriyət, millətlərə istiqlal!

İraqın Vergi Administrasiyasına məxsus 2,5 milyard dollar oğurlanıb

İraqın hüquq-mühafizə orqanları dövlət banklarının birindən Baş Vergi Administrasiyasına məxsus 2,5 milyard dollar vəsaitin yoxa çıxmasını araşıdırır.

APA-nın rəsmi İNA agentliyinə istinadla xəbərinə görə, faktla bağlı istintaqa cəlb olunan şəxslərin adları açıqlanmır. Məsələ ilə bağlı Maliyyə Nazirliyi də daxili yoxlama aparır.

İstintaqın məlumatına görə, Baş Vergi Administrasiyasının Əl-Rafidain bankındakı hesabdan 3,7 trilyon dinar (2,5 milyard dollar) oğurlanıb.

Baş nazir Məhəmməd Şiə əl-Sudani də oğurluğu törədənlərin tezliklə tapılıb cəzalandırılacağını bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR