İnsanlara hürriyət, millətlərə istiqlal!

İraqda toqquşmalarda 100-dən çox təhlükəsizlik işçisi yaralanıb

İraqın paytaxtı Bağdadda etirazçılarla toqquşma zamanı təhlükəsizlik qüvvələrinin yüzdən çox üzvü yaralanıb.

"Report" İNA xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq Təhlükəsizlik İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Paytaxtda toqquşmalar nəticəsində 4 zabit və təhlükəsizlik qüvvələrinin 118 əməkdaşı yaralanıb", - məlumatda deyilir.

Təhlükəsizlik İdarəsi həmçinin İraqın paytaxtında polislə toqquşmalarda 11 mülki vətəndaşın da yaralandığını bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR