İnsanlara hürriyət, millətlərə istiqlal!

İraqda terrorçuların hücumu nəticəsində 3 hərbçi həlak olub

İraqda İŞİD yaraqlıları tərəfindən həyata keçirildiyi iddia edilən hücum nəticəsində 3 hərbçi ölüb, 4-ü yaralanıb.

“Report”un məlumatına görə, bu barədə “Al-Arabiya” telekanalı ölkənin hərbi dairələrindəki mənbələrə istinadən xəbər verib.

Terrorçuların Vadi-ən-Naft şəhərində hökumət qoşunlarının kazarmalarına hücumu səhər saatlarında baş verib. Məlumata görə, hücum avtomat silahdan istifadə edilməklə həyata keçirilib. Terrorçular ikisi zabit olmaqla 3 hərbçini öldürüb, 4 əsgər isə yaralanıb.

Telekanal qeyd edib ki, Vadi-ən-Naft Kərkük şəhərindən təxminən 25 km qərbdə yerləşir və Kərkükün sahibi olan İraqın mərkəzi hökuməti ilə Kürdüstan muxtariyyəti arasında mübahisəli ərazidədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR