İnsanlara hürriyət, millətlərə istiqlal!

İraqda ABŞ-ın hərbi helikopteri qəzaya uğrayıb, ölənlər var

İraqın qərbində yerləşən Ənbar vilayətində ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” hökumətdəki iki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, “Chinook” helikopteri “Black Hawk” helikopterini müşayiət edərkən qəza baş verib.

Əl-Qaimə şəhərinin meri Əhməd əl-Məhləvi “Reuters”ə deyib ki, helikopterdə 7 nəfər olub. Həmin şəxslərin hamısı ölüb, onlardan 6 nəfərinin cəsədləri tapılıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı helikopterin qəzaya uğradığını və onun göyərtəsində amerikalı hərbçilərin olduğunu təsdiqləsə də, onlar arasında yaralananların və ya ölənlərin olub-olmadığını dəqiqləşdirməyib.

Hadisənin səbəbləri hələlik açıqlanmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR