İnsanlara hürriyət, millətlərə istiqlal!

İraq XİN başçısı: “Qoşulmama Hərəkatının prinsiplərini dəstəkləyirik”

“İraq Qoşulmama Hərəkatının prinsiplərini, eləcə də gələcək planlarını dəstəkləyir”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısında İraqın xarici işlər naziri, Baş nazirin müavini Fuad Hüseyn deyib.

“Qoşulmama Hərəkatı təşkilatı sülh, sabitlik və təhlükəsizliyi təmin etməklə müxtəlif çətinliklərin öhdəsindən gəldiyini sübut edib”, - o vurğulayıb.

F.Hüseyn müasir dünyanın üzləşdiyi çağırışlar qarşısında birləşməyin zəruri olduğunu qeyd edib.

XİN rəhbəri əlavə edib ki, Ukrayna müharibəsi dünyada ərzaq, enerji təhlükəsizliyinə zərbə vurub və bu, aclığa səbəb ola bilər.

Nazir İraqın ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində atdığı addımlardan danışıb.

F.Hüseyn İsveçdə Qurani-Kərimin yandırılmasını qətiyyətlə pisləyib və bütün ölkələri islamofobiya ilə mübarizəyə çağırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR