Onlayn ictimai-siyasi qəzet
"Ötən il İraq və Suriyadan Azərbaycana 412 nəfər deportasiya edilib".
Musavat.com-un məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov deyib.
"Deportasiya olunanlardan 380-i uşaq, 32 nəfər isə anadır. Bu il adıçəkilən ölkələrdən 66 nəfər Azərbaycana deportasiya edilib ki, onlardan 64 nəfər sığınacağa yerləşdirilib, sonradan ailələrinə qaytarılıb", - V.Behbudov bildirib.
Nigar HƏSƏNLİ,
Musavat.com
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ