İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH generalının SENSASİON SƏS YAZISI YAYILDI - Suriyaya görə Rusiyanı HƏDƏF ALDI

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) generalı Bəhruz Əsbatiyə aid  çıxışın səs yazısı mətbuata sızıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "New York Times" qəzeti yayıb. Məlumatda qeyd olunur ki,  generalın çıxışı ötən həftə Tehrandakı bir məsciddə baş tutub.

General Əsbati Rusiyanı İsrailin Suriyadakı İran hərbi obyektlərinə hücumlarında yardım etməkdə ittiham edib. O, Rusiyanın radarlara müdaxilə edərək İsrailin hücumlarını asanlaşdırdığını və təyyarələrinin üsyançıları bombalamaqda yalnız görüntü yaratdığını, əslində isə bombaların boş ərazilərə atıldığını iddia edib.

Əsbati həmçinin qeyd edib ki, son aylarda Bəşər Əsədlə münasibətlər gərginləşmişdi. Buna səbəb, Əsədin HƏMAS-ın 7 oktyabr hücumundan sonra İsrailə qarşı ikinci cəbhəni açmaqdan imtina etməsi olub.

General bildirib ki, İran bu istiqamətdə Əsədə müraciət etmişdi, lakin o, bu təklifi rədd etdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR