Onlayn ictimai-siyasi qəzet
Bu gün ilin 9-cu günü olmasını nəzərə alıb, 9 rəqəmindəki sirlərə nəzər salaq. Quranın 9-cu surəsi “Tövbə” adlanır. Bunun hikmətini anlamaq üçün müqəddəs kitabın düzülüşündəki qanunauyğunluğa nəzər salaq.
“Quran” niyə məhz 114 surədir?
• Kainatın 4 cəhətdən,
• Təbiətin 4 fəsildən ibarət olmasını,
• İnsanın 4 ünsürdən yaranmasını,
• Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək:
7 + 286 + 200 + 176 = 669
Bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi “Quran”da bəşəri dəyərlər, mülayimlik rəmzi sayılır.
Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə, 9 rəqəmi ilə gəlir və sayı 11 olan bu (9, 19, 29, …… 109) surələrdəki ayələri cəmləsək 555 ədədi alınır:
129 + 98 + 69 + 75 + 18 + 24 + 52 + 46 + 30 + 8 + 6 = 555
Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən, 555 ədədi “Quran”da sərtlik, cəza rəmzi sayılır (yeri gəlmişkən, 9 rəqəmi “Tövbə” surəsinin sıra nömrəsi olduğundan, müqəddəs kitabda tövbə və cəza rəmzi sayılır).
Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq:
669 – 555 = 114
Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi “Quran”ın surələrinin sayı olan 114 ədədini göstərir.
Düsturdan o da məlum olur ki, müqəddəs kitab mülayimliklə sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur:
“Həqiqətən, Rəbbin insanların zülmlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!”
Bu və digər hesablamalarımız göstərir ki, Həzrət Peyğəmbərimizə Qədr gecəsində vəhy olunan Quran surələri Həzrət Osmanın xəlifəliyi dövründə kitab halına salınsa da, buradan heç bir ayə çıxarılmamış və yaxud əlavə edilməmişdir (bu kitabın qiyamətədək dəyişməyəcəyinə ALLAH zəmanət verir).
Elm və kamillik əsri olan 21-ci əsr başlayandan “Quran” ikinci dəfə yaşanmağa başlayıb. Yəni, müqəddəs kitabda təsvir olunan hadisələrin analoqunu 2-ci (!) dəfə yaşayırıq.
Məsələn, XXI əsrin 2-ci (!) Qurban bayramı günü (22.02.2002) vəhy yolu ilə mənə məlum oldu ki, “Tövbə” surəsinin ilk üç ayəsindəki hökm bugünkü Qurban bayramına da şamil olunur.
Belə ki, bu ayələrdə bu gün Qurban bayramı (!) olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir:
“Allahdan və Onun Peyğəmbərindən böyük Həcc günü (Qurban bayramında) müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” (Bax: 9-cu surənin ilk üç ayəsinə).
Dörd aylıq möhlətin 22-24 iyunda (bayram 3 gündür.) bitəcəyini bildiyimdən, bu barədə o vaxtkı dövlət başçısına və xalqa açıq məktub yazıb, mətbuat orqanlarına göndərdim (5 iyun 2002-ci il tarixdə həmin müraciət “Hürriyyət” qəzetində çap olundu). Müraciətimdə 22 iyundan etibarən Yerə böyük bəlalar enəcəyini xəbər verdim və sübutlar (hesablamalar) təqdim etdim…
Nəhayət, 22 iyunda (2002) Cənubi Azərbaycanda baş verən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu (həmin zəlzələdə 22 təkan qeydə alındı və bir çox yaşayış məntəqələri tamamilə Yer üzündən silindi, yüz minlərlə insan həyatını itirdi). Ondan sonra Yerdə baş verən bütün təbii fəlakətlər və təyyarə qəzalarının bu prosesin davamı olduğunu zaman-zaman məqalələrimizdə və kitablarımızda riyazi hesablamalarla sübut etmişik.
22 baş(lanğıc) rəmzidir
Yeri gəlmişkən, “Quran”ın 22-ci surəsi “Həcc” adlanır. Bildiyimiz kimi, Kəbə evi Dünyanın mərkəzi olmaqla, enerjinin BAŞlanğıcıdır. 9-cu surənin isə, “Bismillah”sız başlamasının səbəbi odur ki, bu surə 22-ci surənin davamıdır. Bunu 9-cu surənin yuxarıda qeyd etdiyim ilk üç ayəsindən görmək olur:
“Allahdan və Onun Peyğəmbərindən böyük Həcc günü (Qurban bayramında) müşriklərə bir xəbərdarlıq: …!” (Bax: “Tövbə” surəsinin ilk üç ayəsinə).
Riyazi dildə desək, “Quran”da “iyirimi iki” “doqquza” çevrilir.
Yeri gəlmişkən, bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyası 22(0) sümüyün birləşməsindən yaranmışdır ki, (sıfır məna bildirmədiyindən mötərizəyə aldıq) bunlardan 22-si BAŞdadır.
“22”nin “9”a çevrilməsi, fizika elmində də özünü büruzə verir. Belə ki, diqqətinizi enerji ilə işləyən cihazların üzərindəki yazıya cəlb etmək istəyirəm: bütün cihazlarınızın üzərində 220 ədədi həkk olunub. İnsan 220 sümüyün birləşməsindən yarandığından bu ədəd insanın da üzərində həkk olunub.
İndi isə, cihazların daxilində qoyulmuş transformatorların funksiyasına nəzər salaq: bu transformatorlar 22(0) voltluq enerjini bir qayda olaraq 9-a çevirirlər.
Vicdan insanın daxili transformatorudur
Buradan belə qənaət hasil olur ki, insan öz enerjisini əmələ (işə) çevirərkən, onu vicdanının (oxu: daxili transformatorunun) süzgəcindən keçirməlidir. Yəni, TÖVBƏ surəsinin sərhədləri daxilində əməllər etməlidir: öz enerjisini günah işlərə sərf etməməlidir.
Əgər insan fizikanın (Allah kainatı fizikanın qanunları ilə idarə edir.) qanunlarına tabe olmayıb, enerjisini günah işlərə (özündən aşağılara zülm etməyə, pozğun həyat tərzi keçirməyə, insanları aldatmağa…) sərf edərsə, onda mütləq gec-tez bəlaya məruz qalacaqdır. Son dövrlərdə cəmiyyətdə həyəcanlı hadisələrin (qəzaların, zəlzələlərin, xəstəliklərin…) artması da məhz bu amillərlə əlaqədardır…
“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. Quran, 19:84
Dr. Paşa Yaqub – Pangeyist
9 yanvar 2025
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ