İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Qrenlandiya ilə bağlı iddialarına Rusiyadan cavab gəldi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı iddiaları bəyanatlar səviyyəsində qalır, bu, ikitərəfli münasibətlər məsələsidir, lakin Rusiya vəziyyətin inkişafını diqqətlə izləyir.

Musavat.com RİA Novosti agentliyinə istinadən xəbər verir ki, belə bir rəsmi mövqe Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov tərəfindən səslənib.

“Bu cür iddialar, yəqin ki, daha çox ABŞ və Danimarka və digər ölkələr arasında ikitərəfli münasibətlərə aiddir. Biz vəziyyətin bu kifayət qədər dramatik inkişafını çox diqqətlə izləyirik, lakin indiyə qədər Tanrıya şükürlər olsun ki, bunlar bəyanatlar səviyyəsində qalıb”, - deyə Peskov qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR