Onlayn ictimai-siyasi qəzet
İran və ABŞ Cənubi Qafqazda tezliklə sülhə nail olmağa çalışırlar.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə İran-Ermənistan Əməkdaşlığının İnkişafı Fondunun rəhbəri Puya Hüseyni danışıb.
Onun sözlərinə görə, bütün böyük regionda gərginlik yaşanır, ABŞ prezidenti Trampın administrasiyası Yaxın Şərqdə yeni siyasət yürüdür, burada İran və İsrail arasında qarşıdurmanın başlaya biləcəyi və ya ABŞ-ın Azərbaycanla vəziyyətə müsbət təsir göstərə biləcəyi riski var. Bu baxımdan İran Cənubi Qafqazda sülhə nail olmaq və bu regiondan yeni cəbhənin açılmasından özünü sığortalamaq istəyir.
Puyanın fikrincə, bu baxımdan İran Cənubi Qafqazda sülhün tezliklə bərqərar olmasında maraqlıdır. Bununla Tehran özünü bu istiqamətdən qorumağı düşünr.
İranlı ekspert İran xarici işlər nazirinin Ermənistana səfərini həmin iddianın təsdiqi adlandırıb.
Musavat.com
30 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ