İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı deputatın Bakıya hücum təklifinə REAKSİYA: Azərbaycanın kəşfiyyat və təhlükəsizlik xidmətləri...

Xəbər verdiyimiz kimi, İran parlamentinin üzvü Cəlal Rəşidi Koçi “X” sosial şəbəkəsində Azərbaycan əleyhinə qəribə açıqlama yazıb. O, İsrailin Azərbaycanda olan diplomatik mərkəzinə açıq və birbaşa hücum etməyi təklif edib.

SULHEN.jpg (63 KB)

Milli siyasət üzrə ekspert Sülhəddin Əkbər Musavat.com-a şərhində bildirib ki, istənilən təhlükəni tam, hərtərəfli, obyektiv qiymətləndirmək üçün yetərli, təsdiq olunmuş kəşfiyyat məlumatları olmalıdır:

“Yalnız bir deputatın publik açıqlaması ilə təhlükənin dərəcəsini qiymətləndirmək qeyri-ciddi olar. İran-Azərbaycan münasibətlərinin xarakteri, mövcud vəziyyəti, o cümlədən İsrail-Azərbaycan münasibətləri də nəzərə alınmalıdır. Eyni zamanda milli təhlükəsizlik, vətəndaşlarımızın təhlükəsizliyi ilə bağlı təhlükə varsa, ən kiçik ehtimalı belə gözardı etməmək önəmlidir. Azərbaycanın kəşfiyyat və təhlükəsizlik xidmətləri bu məsələni xüsusi diqqətdə saxlamalıdır. Həmçinin, müttəfiq, dost və tərəfdaş ölkələrin kəşfiyyat xidmətləri ilə informasiya mübadiləsi aparmaq lazımdır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR