İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı deputatdan spikerə: Vallah, sən diktatorsan!

İran parlamentinin üzvü Məhəmmədrza Səbbağian parlamentin spikeri Məhəmməd Qalibafı sərt tənqid edib.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Belə ki, Məhəmmədrza Səbbağian ona "göstərişdən kənar danışmayın" deyərək xəbərdarlıq edən spiker Məhəmməd Bagir Qalibafa kəskin cavab verib:

"Sizin qədər heç kim qayda və nizamnamədən kənar hərəkət etmir".

M.Səbbağian bunu dedikdən sonra M.Qalibaf onun mikrofonunu söndürüb.

Millət vəkili isə buna cavab olaraq qışqıraraq parlament sədrinə, "Vallah, sən diktatorsan!" - söyləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

07 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR