İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın xarici banklardakı depozitləri azalıb

İranın xarici banklardakı depozitləri 5,3 milyard dollar azalaraq 12,7 milyard dollara düşüb.

“Report” “Tasnim”ə istinadən xəbər verir ki, məlumatı Beynəlxalq Hesablaşmalar Bankı yayıb.

Bu, 2023-cü ilin sonuncu üç rübünün, martın 21-dən dekabrın 21-dək olan dövrün göstəriciləridir.

Bildirilib ki, bu müddət ərzində İranın xarici banklarda və maliyyə qurumlarında depoziti 12 milyard 763 milyon dollar olub. Bu isə 2022-ci ilin uyğun dövrü ilə müqayisədə 5,3 milyarda dollar azalma deməkdir.

Məlumata görə, hesabat dövründə xarici banklara depozitin 69 faizi, yaxud 8 milyard 803 milyonu avro, 433 milyonu isə dollarla qoyulub.

Qeyd edək ki, Beynəlxalq Hesablaşmalar Bankının baş ofisi İsveçrənin Bazel şəhərində yerləşir. Təşkilat ildə 4 dəfə beynəlxalq bankçılıq və maliyyə bazarlarında inkişaf adlı hesabat hazırlayır. 63 ölkənin mərkəzi bankları bu maliyyə qurumunun üzvüdür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR