Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı (Aİ) Rusiya ilə əməkdaşlıq edən Hindistan və Çin şirkətlərinə qarşı sərt tədbirlər görməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, məqsəd Rusiyanın neft gəlirlərini maksimum dərəcədə məhdudlaşdırmaqdır.
"Bloomberg"-in məlumatına görə, Fransa və Almaniya hökumətləri birgə bəyanatla çıxış edərək “Rusiyanın müharibəsini dəstəkləyən üçüncü ölkə şirkətlərinə qarşı tədbirlərin görülməsi” zərurətini vurğulayıblar. Bəyanatda prezident Emmanuel Makron və kansler Fridrix Mers qeyd ediblər ki, Moskvanı danışıqlar masasına qaytarmaq üçün əlavə sanksiyalar qaçılmazdır və bu işdə ABŞ-la birgə hərəkət olunacaq.
"Euractiv" yazır ki, Aİ artıq əvvəlki sanksiya paketlərinə Hindistandakı bir neft emalı zavodunu və iki Çin bankını daxil edib. Lakin yeni sənədlərdə bu siyahının əhəmiyyətli dərəcədə genişləndirilə biləcəyi qeyd olunur.
Avropa rəsmiləri son zamanlar Vaşinqtonun da təzyiqi ilə Çinə və Hindistana qarşı daha sərt mövqe nümayiş etdirirlər. Məqsəd Rusiyanın sanksiyalardan yayınaraq maliyyə və enerji resursları əldə etməsinin qarşısını almaqdır.
Ekspertlərin fikrincə, bu addım Aİ ilə Hindistan və Çin arasında münasibətlərin kəskin gərginləşməsinə səbəb ola bilər.
Musavat.com
19 Oktyabr 2025
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ