Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın Hindistana tətbiq etdiyi yeni gömrük rüsumları ölkənin iqtisadiyyatına ciddi zərbə vuracaq.
Musavat.com xəbər verir ki, "Reuters" yazır ki, tətbiq edilən 50%-lik əlavə rüsumlar Hindistanın ixracatını 40%-dən çox azaldaraq, təkcə cari maliyyə ili ərzində 37 milyard dollara yaxın itkiyə səbəb ola bilər.
Xatırladaq ki, Hindistan Ukrayna müharibəsindən əvvəl Rusiya neftindən demək olar ki, istifadə etmirdi – idxal payı 1%-dən az idi. Lakin Qərbin sanksiyaları və qiymət tavanı tətbiq etməsindən sonra Rusiya nefti dünya bazarındakı Brent kimi əsas markalardan təxminən 7% ucuz satılmağa başladı. Bu isə 3,5 il ərzində Hindistana ümumilikdə 17 milyard dollar qənaət gətirdi.
Lakin Trampın sərt addımı bu “qazanc”ı bir anda puça çıxarır. Yeni qərarla gömrük rüsumları ikiqat artırılıb – əvvəlki 25%-lik “sadə” tarif 50%-ə qaldırılıb. Vaşinqton bu addımı Hindistanın Rusiyadan neft almasını “sanksiyalardan yayınma” və “müharibədən qazanc götürmə” cəhdi kimi dəyərləndirir.
Musavat.com
23 Oktyabr 2025
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ