İnsanlara hürriyət, millətlərə istiqlal!

“İranın viran siyasəti” - Deputat Vüqar İskəndərovun yazısı

“Təəssüflər olsun ki, İran öz riyakar, qonşuya qarşı xəyanətkar çövqeyindən əl çəkmək əvəzinə daha da aqressiv və bizə qarşı düşmən mövqedən yanaşma sərgiləyir. Bir tərəfdən Ermənistanı qızışdıraraq onu 2020-ci il noyabr bəyanatını yerinə yetirməyə sövq edən İran rejimi, digər tərəfdən də Azərbaycan sərhədinə qoşun yığır, hərbi təlim keçmək adı ilə hədə-qorxu gəlir. Məqsəd isə bəllidr. 30 ilə yaxın müddətdə işğalçı Ermənistana hər cür dəstək verən İran bu gün də eyni siyasəti yürüdür. Cənub qonşumuz düşməndən də betər düşəmçilik edərək Qarabağ münaqişəsinin bitməsindən sonra iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir”.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, hər zaman İslam birliyindən və həmrəyliyindən dəm vuran, özünü dünya müsəlmanlarının bir nömrəli təəssübkeşi kimi qələmə verən İran tərəfinin sözləri ilə əməlləri heç bir halda üst-üstə düşmür: “Biz bunu Azərbaycana müansibətdə açıq-aşkar görürük. İrana məxsus KİV-lərdə əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycan Respublikasına qarşı davamlı olaraq “ideoloji mübarizə” aparılır. Halbuki düşünmək olardı ki, İran 30 ilə yaxın müddətdə Allahın evində heyvan saxlayan Ermənistana yanaşmasında hansısa dəyişiklik edəcək, bu ölkədən bir izahat tələb edəcək. Düşünmək olardı ki, özünü dünyada guya İsamın keşikçisi kimi qələmə verən İranın mövcud rejimi, İran rəhbərləri Ermənistandan Xocalı soyqırımının, işğal olunmuş Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasının, minlərlə müsəlmanların qətlə yetirilməsinin haqq-hesabını tələb edəcək. Amma İran başqa işlər görür. Belə ki, bir tərəfdən öz ordusu ilə guya göz dağı verən, öz mirzələrinə Azərbaycan haqqında hədyanlar yazdıran İran bu dəfə də Azərbaycan dövlətinin daxili işlərinə qarışmağa başlayıb. Bu ölkə indi də Azərbaycanda süni problemlər yaratmaq üçün müxtəlif cəhdlər göstərir. Ölkəmizdə guya dini azadlıqların və İslam dəyərlərinin boğulduğunu iddia edən İranın müxtəlif dairələri “din pərdəsi” adı altında respublikamızın ərazisində dünyəvi dövlətçilik əleyhinə əməllərin həyata keçirilməsinə çalışırlar. Bu günə qədər Azərbaycanda ifşa olunmuş bəzi dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdiklərinin təkzibolunmaz faktlarla tam sübuta yetirilib. Rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyası adlanan təşkilatın üzvlərinin hüquq-mühafizə orqanları tərəfindən ifşa olunması, həmçinin, onların İran tərəfindən dəstəklənən cinayət əməlləri bilavasitə İranın təxribat siyasətinin davamı və təzahürüdür”.

Deputat əlavə edib ki, İranın bütün bu cəhdləri əbəsdir: “Çünki Azərbaycan bütün təxribatlaırn qarşısı almağa qadirdir. Cənubi Qafqazın lider ölkəsi, Avropanın enerji təhlükəsizliyində başlıca rollardan birini oynayan, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş hesab olunan, qüdrətli qalib Orduya malik olan və bütün dövrlərdə humanitar xarakterli qlobal təşəbbüslərlə çıxış edən Azərbaycan ilə hədə və təhdid dilində danışmaq kimsəyə fayda verməz.

Azərbaycan eyni zamanda bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir. 30 il davam edən işğala, müsəlmanların öz torpaqlarından qovulmasına, məscidlərin, islam ibadətgahlarının təhqir olunmasına göz yuman İranın Qafanda konsulluq açması və Ermənistanın Təbrizdə konsulluq açmasının gündəmə gətirilməsinə şərait yaratması vicdanlı və dürüst davranış hesab edilə bilməz”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR