İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın şimalında dron partlayışı - 2 nəfər xəsarət alıb

Pilotsuz uçuş aparatının İranın şimalındakı Gülistan əyalətinin inzibati mərkəzi olan Qorqan şəhərində qəzaya uğradığı bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Agentliyin xəbərinə görə, Qorqanın yaşayış massivlərindən birinə kustar üsulla hazırlanmış dron kimi görünən naməlum obyekt düşüb. Qeyd olunur ki, şəhər sakinləri güclü partlayış səsi eşidiblər.

“Tasnim”in xəbərinə görə, Gülistan əyalətinin polis rəisi bildirib ki, hüquq-mühafizə orqanlarına şəhərin bir neçə bölgəsində naməlum obyektlərin düşməsi barədə məlumat daxil olub. O, vəziyyətin tam nəzarət altında olduğunu vurğulayıb.

“Tasnim” tərəfindən yayımlanan hadisə yerindən çəkilmiş kadrlara əsasən, partlayış dalğası qəza yerinin yaxınlığında yerləşən yaşayış binasının və mağazanın şüşəsini sındırıb. Agentliyin yaydığı polis məlumatlarına görə, fövqəladə hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR