İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın nüvə obyektləri VURULACAQ - Gizli plan ÜZƏ ÇIXDI

İsrail 2025-ci ildə İranın nüvə obyektlərinə zərbə endirə bilər.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ-ın kəşfiyyat məlumatlarına və analitik hesabatlara istinadən məlumat yayıb. 

Məlumatda bildirilir ki, bu nəticə ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasının son günlərində hazırlanmış analitik hesabatda yer alıb.

Sənəddə İranın hərbi imkanlarının 2024-cü il ərzində zəiflədiyi bildirilir və bunun nəticəsində regionda yeni hərbi əməliyyatların başlaya biləcəyi vurğulanır.

Kəşfiyyat məlumatları ilə tanış olan iki mənbəyə görə, İsrail belə zərbələr üçün Donald Tramp administrasiyasının dəstəyini almağı planlaşdırır, çünki onu keçmiş prezident Co Baydendən daha çox bu hücumu dəstəkləməyə meyilli hesab edir.

Siyasi ekspertlər qeyd edirlər ki, İsrailin mümkün hücumu Orta Şərqdə vəziyyəti daha da gərginləşdirə bilər. Bu, yalnız İran və İsrail arasında deyil, həm də ABŞ-ın Yaxın Şərqdəki mövqeyinə təsir göstərə biləcək genişmiqyaslı qarşıdurmaya səbəb ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR