İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın keçmiş baş naziri ölkədə köklü dəyişikliklərə çağırıb

İranın ən mühüm islahatçı siyasətçilərindən biri, keçmiş hökumət başçısı Mirhüseyn Musəvi ölkə rəhbərliyini “köklü islahatlar” çağırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, 81 yaşlı siyasətçi öz internet səhifəsində yerləşdirdiyi və yerli media tərəfindən yayılan bəyanatında “İran və iranlıların əsaslı dəyişikliyə ehtiyacı var və buna hazırdırlar” deyə yazıb.

Musəvinin sözlərinə görə, 2022-ci il sentyabrın ortalarında Məhsa Amininin polis müavini tərəfindən öldürülməsindən sonra başlayan etirazlar əslində, “bir-biri ilə bağlantılı böhranlar” üzərində qurulub. “Bunlar bir iqtisadi, ekoloji, sosial, qanuni, mədəni və media böhranlarıdır”,-deyə o qeyd edir.
Tanınmış islahatçı İran hakimiyyətinin hazırkı strukturunu qeyri sağlam hesab etdiyini və yeni konstitusiya ilə bağlı azad və ədalətli referendum keçirilməsinin vacib olduğunu bildirib.
Musəvinin fikrincə, 1979-cu il İslam inqilabında olduğu kimi, xalqın İran üçün “azadlığa, ədalətə, demokratiyaya və inkişafa yol açmaq üçün əsaslı dəyişikliklər etmək hüququ var”.

Qeyd edək ki, ixtisasca memar olan Mir Hüseyn Musəvi Azərbaycan türküdür. O, İranın ilk ali dini lideri Ayətullah Ruhullah Xomeyninin ən yaxın sirdaşlarından biri olub.

M.Musəvi 1981-1989-cu illərdə ölkə hökumətinə rəhbərlik edib. Ölkənin baş naziri postu ləğv edildikdən sonra uzun müddət (20 il) siyasətdən getsə də, 2009-cu ildə qayıdıb və seçkilərdə mühafizəkar siyasətçi Mahmud Əhmədinecada qarşı mübarizə aparıb.

Həmin seçkilərdə qalib olaraq Mahmud Əhmədinecad elan olunsa da o, nəticələrin saxtalaşdırıldığını bəyan edib. Keçmiş baş nazirə qarşı heç bir rəsmi ittiham irəli sürülməsə də, 12 il ev dustaqlığında olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR