İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın gizli dron FABRİKİ

Britaniyanın “Sky News” telekanalı Ukraynanın dron istehsal edən zavodlarından birinə eksklüziv giriş əldə edib.

Musavat.com xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Məlumatda bildirilir ki, “General Cherry” şirkəti müharibənin əvvəlində könüllülər tərəfindən yaradılıb. Başlanğıcda ayda 100 dron istehsal edirdilərsə, bu rəqəm hazırda min dəfə çoxdur.

“Rusiyanın çoxlu qoşunu və texnikası var. Əsgərlərimiz hər gün deyir ki, bizə daha çox, daha güclü silahlar lazımdır” , - deyə şirkətin rəhbəri Andriy Lavrenoviç bildirib.

Zavodun yeri diqqətlə mühafizə olunur və tez-tez rus zərbələrindən qorunmaq üçün dəyişdirilir.

“Gözə dəyməyən ofis binasında minlərlə işçi dronları əl ilə yığır və konfiqurasiya edir. Kvadrokopterlərin ölçüləri müxtəlifdir. Bəziləri hücum üçün partlayıcı daşıyır, digərləri isə Rusiya kəşfiyyat dronlarını pusquya salmaq üçün altı kilometr məsafəyə qədər uça bilir. 1000 dollarlıq Ukrayna dronu Rusiya üçün 300 dəfə baha başa gələn təyyarəni vurmaq imkanına malikdir”, -  “Sky News”un məqaləsində qeyd olunur.

Bundan əlavə, nəşr vurğulayır ki, Rusiya iranlıların “Şahed” dronlarının daha sürətli və daha öldürücü versiyalarını yaratmaq üçün təqdim etdiyi texnologiyanı təkmilləşdirir.

Belə ki, Rusiya dronları arxadan idarə olunan və tıxacda qalmayan fiber optik kabellərlə istifadə olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR