Onlayn ictimai-siyasi qəzet
Çeçenistan Hesablama Palatasının sədri və respublika rəhbərinin bacısı oğlu Yasin Zakriyev 20 iyul 2025-ci ildə Qroznıda ağır yol qəzası törədib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hadisə nəticəsində bir ailənin ər-arvadı həyatını itirib, iki övladı isə ağır xəsarətlər alıb. Bu barədə İnsan Haqları Müdafiə Mərkəzi “Memorial” məlumat yayıb.
Məlumata görə, Zakriyev ailənin maşınına arxadan çırpılıb. Hadisədən bir gün sonra ölənlərin dəfn mərasimi keçirilib və yerli hakimiyyətin göstərişi ilə dərhal “barışdırma” aksiyası təşkil olunub. Hüquq-mühafizə orqanları isə cinayət işi açmayıb.
Qəza barədə müxalif “Niyso” hərəkatı da yazıb. Onların məlumatına görə, Zakriyev “çox yüksək sürətlə hərəkət edərək yaşlı ər-arvadın mindiyi avtomobilə çırpılıb”. Hər iki sərnişin hadisə yerində ölüb.
Musavat.com
27 Avqust 2025
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ