İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan ölkəyə 6 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

Avqust ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

Musavat.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında bildirilib.

Qeyd edilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 6 kiloqram 95 qram marixuana, 150 ədəd Gelopain-400, 60 ədəd Portal 0.4 və 60 ədəd Sigomet həbləri aşkar ollunaraq götürülüb.

"Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir", - məlumatda deyilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2025

26 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR