Onlayn ictimai-siyasi qəzet
Slovakiyanın xarici işlər naziri Yuray Blanar Ukrayna rəhbərliyinə müraciət edərək, respublikanın neft aldığı “Drujba” kəmərinə zərbə endirməmələrini xahiş edib.
Musavat.com xəbər verir ki, bu barədə TASR agentliyi məlumat yayıb.
Nazirin sözlərinə görə, kəmərə hücumlar yalnız Slovakiyaya deyil, həm də Ukraynanın öz maraqlarına zərbə vurur.
Blanar bildirib ki, son günlər Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və baş nazirin müavini Taras Kaçka ilə telefon danışığı aparıb və vəziyyəti müzakirə edib.
Onun sözlərinə görə, Kiyev nümayəndələri ikitərəfli münasibətlərə konstruktiv yanaşmada maraqlı olduqlarını vurğulayıblar. Hazırda Slovakiya və Ukrayna hökumətlərinin birgə iclasına hazırlıq gedir. Bu, nazirlər kabinetlərinin belə formatda keçirəcəyi üçüncü görüş olacaq.
Musavat.com
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ