Onlayn ictimai-siyasi qəzet
Ukraynada bir milyondan çox mina basdırılıb.
Musavat.com xəbər verir ki, bu barədə BMT İnkişaf Proqramının Ukraynadakı Minalardan Təmizləmə Proqramının rəhbəri Pol Heslop bildirib.
BMT rəsmisi hesab edir ki, minaların zərərsizləşdirilməsi on ildən çox vaxt aparacaq.
"Artıq bir milyondan çox mina Ukrayna ərazisinə səpələnib və rus qoşunları geri çəkilərkən bəzi bölgələrdə tələlər qurmağa davam edir. Buraya həm tank əleyhinə, həm də piyada əleyhinə minalar daxildir", - Pol Heslop deyib.
O əlavə edib ki, bəzi ərazilərdə, xüsusən də bufer zonasında döyüşlərdən sonra çoxlu sayda partlamamış mərmi, raket və qumbaraatan qalıb.
Musavat.com
28 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ