İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın başının üzərində Maskın peykləri dolaşır

Amerikalı iş adamı İlon Maskın sahibi olduğu “SpaceX” şirkətinin 100-ə yaxın aktiv “Starlink” rabitə peyki hazırda İran üzərində dolaşır.

Musavat.com xəbər verir ki, bu barədə Mask məlumat yayıb.

“Biz artıq İranda eyni anda 100 “Starlink” peykini aktivləşdirməyə yaxınıq”, - deyə İlon Mask bildirib.

“Reuters”in məlumatına görə, Maskın planlarına yalnız əlavə bazarı inkişaf etdirmək istəyi deyil, həm də siyasi motivlər daxildir.

Hələ bu ilin sentyabrında “SpaceX” rəhbəri İrana internet azadlığını və sərbəst məlumat axınını təşviq etmək üçün “Starlink” lazım olduğunu söyləmişdi. Mask həmçinin, İranda “Starlink” peyklərinin işini təmin etmək üçün ABŞ rəsmilərindən sanksiyaların həmin bölgəyə aid olunmamasını istəyib. Ağ Ev İlon Maskla “Starlink” sisteminin İrana mümkün qədər daha çox genişləndirilməsi ilə bağlı danışıqlar apardığını təsdiqləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR