İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Bakıdakı keçmiş səfirindən Zəngəzur dəhlizi ilə bağlı CƏFƏNG FİKİRLƏR

İranın Bakıdakı keçmiş səfiri Zəngəzur dəhlizi ilə bağlı cəfəng fikirlər bildirib.

Konkret.az xəbər verir ki, İrandan idarə olunan “Nardaran313” Telegram kanalı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlərini dərc edib.

“Mən arzu edirəm ki, İrana məxsus olan və Gülüstan, Türkmənçay, Axal və s. anlaşmalar əsasında İrandan ayrılan bütün torpaqlar yenidən İrana birləşdirilsin.

Amma bu fikirlər indiki beynəlxalq sistemdə yuxu kimi bir şeydir, xüsusən də İran kimi bir ölkə üçün. Milli maraqları təmin etmək üçün müsbət ideyalara, planlara ehtiyac var.

Mənfi addımlar baha başa gəlir və istənilən nəticəni vermir. Nüvə sazişinin bərpası uğursuz olarsa, Amerika və müttəfiqlərinin düşündüyü planlardan biri də İranı ukraynalaşdırmaqdır və bu yöndə belə planlardan istifadə etmək olar”, – keçmiş səfirin sərsəm fikirlərində deyilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR