İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Bakıdakı keçmiş səfiri yeni hökumətin xarici siyasət strategiyasından danışıb

 

İranın Azərbaycandakı keçmiş səfiri Seyid Abbas Musəvi İRNA-ya müsahibəsində bildirib ki, İranın yeni prezidenti Məsud Pezeşkianın son məqaləsi 14-cü hökumətin ləyaqətli, realist, balanslı və həll yönümlü hesab edilən xarici siyasət strategiyası sayılır.

O, 14-cü hökumətin xarici siyasətinin ümumi yanaşması və strategiyası haqqında Pezeşkianın “Tehran Times” qəzetindəki məqaləsini şərh edib: “Gözlənildiyi kimi, xarici siyasət yeni prezidentin planlarının mərkəzində olub və onun son bəyanatı və dünyaya mesajı göstərib ki, yeni hökumət daxili siyasət və problemlərlə yanaşı, İran siyasətinə və xarici əlaqələrə də xüsusi diqqət yetirəcək”.

Keçmiş diplomatın fikrincə, avropalıları bərabərhüquqlu dialoqa dəvət etmək və səhv addımları təkrarlamamağı tövsiyə etmək, Şərqlə Qərb arasında müsbət balans, qonşulara və bölgə ölkələrinə xüsusi diqqət yetirmək ölkənin xarici siyasətinin prioritetidir. /Azad İran

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR