İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandakı qəzanın təhqiqatına Rusiya da qoşulacaqmı? - Peskovdan AÇIQLAMA

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiya xüsusi xidmət orqanlarının İbrahim Rəisinin ölümünün araşdırılmasına kömək edib-etməyəcəyini şərh edib.

Musavat.com-un Rusiya mediasına istinadən xəbərinə görə, Peskov bildirib ki, İran Rəisinin ölümünün araşdırılmasında yardım üçün Rusiya Federasiyasına müraciət etməyib.

“İranlı dostlarımızdan təhqiqat prosesinə Rusiyanın qoşulması üçün heç bir müraciət daxil olmayıb. O ki qaldı dəfn mərasimində iştiraka, məlum olduğu kimi, dəfn mərasimlərində tanınmış şəxslər iştirak etmirlər. Bu baxımdan Rəisinin dəfn mərasimində iştirakla bağlı heç bir məlumatımız yoxdur”, - deyə Dmitri Peskov konfrans zamanı vurğulayıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR