Onlayn ictimai-siyasi qəzet
İran İnsan Haqları Təşkilatı dekabrın 27-də açıqladığı hesabatda edam cəzası gözlənilən 100 məhbusu müəyyən edib və onlardan 5-i qadın olmaqla ən azı 11 nəfərin ölüm cəzasına məhkum edildiyini bildirib.
Musavat.com xəbər verir ki HRANA- İran Hüquq Müdafiəçiləri Qrupunun xəbər agentliyi isə
İranda davam edən etiraz nümayişlərində 69-u uşaq olmaqla 507 nəfərin hökumət məmurları tərəfindən qətlə yetirildiyini bildirib.
Digər məlumatlara görə İranda indiyədək aksiyalara görə 18.533 nəfər saxlanılıb. Onlardan 4.108 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Həbs olunanlardan 665-i tələbədir.
Bu müddət ərzində 161 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 144 universitetin tələbələri etirazları dəstəkləyiblər.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ