İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda yanğın baş vermiş həbsxanada ölənlərin sayı 8-ə çatıb


İranın paytaxtı Tehranda Evin həbsxanasında baş vermiş yanğın nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Musavatcom xəbər verir ki, məlumatı Türkiyənin NTV telekanalı yayıb.

Qeyd edək ki, oktyabrın 15-də İranın paytaxtı Tehran şəhərində yerləşən Evin həbsxanasında məhbuslar arasında üsyan baş verib. Hadisə zamanı məhbuslar həbsxanadakı dərzilik sexini yandırıblar.

Daha əvvəl yanğın nəticəsində ölən məhbus sayı 4, yaralı sayı isə 61 nəfər olub.

Hazırda onlardan 10-u xəstəxanada müalicə alır və 4 nəfərin vəziyyəti isə ağırdır.

Musavatcom 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR